İmam Rzanın (ə)  hərəminin günbəzi yuyulub – FOTO

İmam Rzanın (ə) hərəminin günbəzi yuyulub – FOTO

Xəbər  verdiyimiz kimi 14 avqust 2016-cı il tarixində  Peyğəmbər (s) ailəsinin səkkizinci nuru həzrət İmam Rzanın (ə) mübarək təvəllüdü günüdür. Bu münsibətlə bug ün İmam Rzanın (ə) hərəminin günbəzi  hərəmin xadimləri tərəfindən yuyulub.  Bu barədə Maide.Az-ın Məşhəd şəhərinə ezam olumuş müxbiri xəbər verib. 
 
Artıq  bir neçə gündür ki, İmamın  təvəllüdü münasibəti ilə  bayram şənliyinə  hazırlıq işləri görülür.  Hərəm  gül-çiçəklərlə bəzədilib. 
 
Həmçinin İmam Rza (ə) hərəminin vəqf ərazilərinin qəyyumluq idarəsinin mətbuat xidmətindən bildirilib ki,  şənbə günü Məşhəddə  İslam Dünyasında Müqəddəs Hərəmlərin Vəqf Ərazilərinin Qəyyumlarının  ilk iclası keçiriləcək.
 
Məlutda bildirilir ki, İslam Dünyasında  Müqəddəs Hərəmlərin Vəqf Ərazilərinin qəyyumlarının iclası  şənbə günü Məşhəd şəhərin İmam Rza (ə) hərəminin  Vilayət sarayında keçiriləcək.  İclasda 
 
İclasda İran, Suriya, İraq və digər müsəlman ölkələrindən 12 qəyyum iştirak edəcək. 
 
 
 

Google+ WhatsApp ok.ru