İmam Hüseynin (ə) mübarək hərəminə virtual səfər – LİNK

İmam Hüseynin (ə) mübarək hərəminə virtual səfər – LİNK

 
İraqın Kərbəla şəhərində yerləşən həzrət  İmam Hüseynin (ə) mütəhhər məzarının virtual ziyarət linki təqdim olunub. 
 
Maide.Az  “imamhussain” saytına istinadla xəbər verir ki, virtual ziyarət linki koronavirus epidemiyasının  yayılmasına görə, o həzrətin hərəminin ziyarəti üçün yaranmış məhdudiyyətləri nəzərə alaraq  İmam Hüseynin (ə) hərəminə bağlı olan İmam Hüseyn (ə) adına  dicital müəssisə  tərəfindən hazırlanıb. 
 
Link vasitəsilə İraq daxilində və xaricində olan Əheli –beyt (ə) aşiqləri  İmam Hüseynin (ə) hərəminin müxtəlif  yerlərini, o həzrətin pak qəbrini və hərəmin müxtəlif eyvan və hissələrini virtual ziyarət edə bilər. 
 
Virtual ziyarət üçün LİNKƏ BURADAN daxil ola bilərsiz. 
 
Allah təala bizim bu virtual ziyarətimizi həqiqi ziyarətə təbdil etsin. Amin!
 

Google+ WhatsApp ok.ru