İmam Əliyyən Nəqi (ə) və İmam Həsən Əskərinin (ə) hərəmlərinin yeni zərihlərinin quraşdırılması prosesinə başlanıldı - FOTO 03 Aprel 2017 01:00 Xəbərlər Samirrada onuncu imam İmam Əliyyən Nəqi (ə) və on birinci imam İmam Həsən Əskərinin (ə) müqəddəs hərəmlərinin yeni zərihlərinin quraşdırılması məqsədi ilə müqəddəs qəbirlərin üzərindəki müvəqqəti zərih sökülür. Maide.info xəbər verir ki, yeni zərih tezliklə mübarək qəbirlərin üzərinə quraşdırılacaq. Əskəreyn hərəminin yeni zərihi İranın Qum şəhərində hazırlanıb. Bu zərihin hazırlanması 4 il çəkib. Onun hazırlanmasında 10 ton yarım ağac, 4 ton yarım gümüş və 70 kiloqram xalis qızıldan istifadə olunub. Qeyd edək ki, on ikinci imam İmam Zamanın (ə.f) babası, onuncu imam İmam Əliyyən Nəqi (ə) və atası, on birinci imam İmam Həsən Əskərinin (ə) əziz məzarlarının yerləşdiyi müqəddəs Əsgəreyn hərəmi İraqın müqəddəs Samirra şəhərində yerləşir. Xatırladaq ki, ABŞ-ın İraq işğalı zamanı müqəddəs Əskəreyn hərəmi top atəşinə tutulmuş, hərəmin günbəzlərindən biri zədələnmişdi. Oxşar cəhdi son aylarda İŞİD terrorçuları da həyata keçirməyə çalışsalar da, İraq ordusu və könüllüləri bu rəzalətin qarşısını alıb.(tasnimnews) Teqlər : #İmam Əliyyən Nəqi (ə) və İmam Həsən Əskərinin (ə) hərəmlərinin yeni zərihlərinin quraşdırılması prosesinə başlanıldı FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tarif Şurası anbarlara da qiymət qoyacaq Metro maşinisti onlarla insanı ölümdən xilas etdi