Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır

Bu gündən məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayacaq.
 
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə imzaladığı əmrə əsasən bu proses sentyabrın 25-dək davam edəcək.
 
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.
 
Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.
 

Google+ WhatsApp ok.ru