Məktəbə hazırlıq və ailə büdcəsi

Məktəbə hazırlıq və ailə büdcəsi

"Müsavat.com" saytında "Məktəbli ləvazimatları: yarmarka daha ucuzdur, yoxsa mağazalar?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif növbəti dərs ilinə hazırlıq, məktəbli ləvazimatlarının qiymətləri və bir məktəblinin dəsr ilinə hazırlığının ailə büdcəsinə neçəyə başa gəlməsini müzakirə edir.
 
Məqalə müəllifi deyir ki, artıq bir neçə gündür ki, Bakının müxtəlif mərkəzi yerlərində məktəb ləvazimatlarının satışı üçün yarmarkalar fəaliyyətə başlayıb.
 
Müəllif deyir ki, yarmarkalarda məktəbliyə lazım olan bütün ləvazimatlar satılsa da alıcı o qədər də çox deyildi və satıcılar burada qiymətlərin mağazalarla müqayisədə aşağı olduğunu bidirirdilər: "Əgər məktəbli üçün lazım olan bütün ləvazimatlar alınırsa, o zaman endirim də edirlər. Müşahidə etdik ki, burada satılan məktəbli çantalarının qiyməti 28 manatdan başlayıb, 55 manata qədər dəyişir.
 
Satıcılar söylədilər ki, əgər digər ləvazimatlarla birlikdə çanta da alınarsa, o zaman çantanın qiymətində 4-5 manata qədər endirim edirlər. Qiymətlərə gəlincə, müəllif deyir ki, 12 vərəqli dəftər 10 qəpiyə, 40 vərəqli dəftər isə 30-40 qəpiyə, 60 vərəqli dəftərlər 40-50 qəpiyə, 100 vərəqli dəftər isə 60-80 qəpiyə sayılır. Eyni zamanda yapışdırıcı 60 qəpik-1 manat, su qabları 10-12 manat, qələmyonanlar 1.50-2 manat, qələmlər 10-50 qəpiyə, rəngli karandaşlar 3-12 manata, rəsm albomu 30 qəpiyə, sadə karandaşlar 20-40 qəpiyə satılır.
 
Müəllif bildirir ki, geyimlərə gəlincə, köynək 8 manat, şalvar 15-18 manat, pencək - 25 manat, yubka - 15-18 manata satılır və satıcılar valideynlərin daha çox "Sədərək", Binə" bazarlara üz tuttuqlarını söyləyiblər.
 
Məqalə müəllifi deyir ki, daha sonra iri mağazalardan birinə yollanıb, orada satılan məktəbli ləvazimatlarının qiyməti ilə maraqlanıblar. Burada çeşid daha çox olub, qiymətlər də fərqli imiş: "Belə ki, mağazalarda istənilən qiymətə çanta tapmaq mümkündür, məsələn 8 manata da məktəbli çantası satılır, 80 manata da. Lakin təbii ki, keyfiyyətdə ciddi fərqlər var, ucuz çantalar daha çox Çin istehsalıdır və ibtidai sinif şagirdlərinin istifadəsi üçün nəzərdə tutulub. Mağazalarda su qabları 3 manatdan başlayır, qələm, karandaş, qələmyonanlar da demək olar ki, yarmarka ilə eyni qiymətədir. Mağazada 12 vərəqli dəftərlər 11 qəpik, 20 vərəqli 27 qəpik, 24 vərəqli 36 qəpik, 40 vərəqli 35 qəpik, 50 vərəqli 1.15 manat, 80 vərəqli 1.85 manat. Yerli istehsal olan 48 vərəqli dəftər 60 qəpik, 60 vərəqli 50 qəpik, 80 vərəqli 75 qəpik, 96 vərəqli dəftər 1 manat, 100 vərəqli dəftər isə 79 qəpiyə satılır".
 
Müəllif deyir ki, ayaqqabı və s. ləvazimatları da nəzərə alsaq, bir uşağın məktəbə getməsi orta hesabla 150-180 manata başa gəlir.
 
Müəllifin deməsinə görə, valideynlər ötən il ilə müqayisədə ləvazimatların yox, yalnız çantaların qiymətində bahalaşmanı müşahidə edirlər.(contact.az)
 

Google+ WhatsApp ok.ru