Mənzillərin ölçülərində sakinləri necə aldadırlar? - VİDEO 16 Avqust 2016 01:00 Xəbərlər Yeni inşa edilən binalardan mənzil alan vətəndaşlara qarşı bir çox hallarda dələduzluq halları baş verir. Tikinti şirkətləri mənzilin kvadrat hesabı ilə ölçülməsi zamanı nəinki balkonları, hətta divarın qalınlığını da hesaba qatır. Nəticədə alıcılara bir neçə min manat ziyan dəyir. Problemdən çıxış yolu nədədir?. Yeni inşa edilən binalardan mənzil alarkən vətəndaşlar adətən evin sahəsi hesablanarkən aldadılırlar. Belə ki, Mənzil Tikinti Kooperativləri satış zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin qaydalarını kobud şəkildə pozaraq hətta arakəsmələri və divarın qalınlığını da ödənişli sahəyə daxil edir və nəticədə alıcılara külli miqdarda ziyan vururlar. Fərz edək ki, 100 kvadratmetr sahəsi olan mənzilə görə müştəridən əlavə 4-5 kvadratmetrin də pulu alınır. Bu isə bir mənzildə bir neçə min manat vəsait deməkdir. Vətəndaşlar da belə vəziyyətin ürəkaçan olmadığını deyirlər. Hüquqşünas Qaçay Şahbazov onlara belə hallarla bağlı çoxlu müraciətlərin olduğunu və belə qanun pozuntusuna yol verənlərin ciddi cəzalandırılmalı olduğuna diqqət çəkir. Ekspertlərin məsələ ilə bağlı yekun tövsiyyəsi bundan ibarətdir ki, mənzil alarkən təcrübəli əmlak mütəxəssislərinin hesablamalarından faydalansınlar ki, alqı-satqı zamanı əbəs yerə pul ödəməsinlər. Əgər sonradan aldadıldıqlarının fərqinə varıblarsa, bu dəfə isə problemi məhkəmə qaydasında həll edə bilərlər. (xezerxeber) Teqlər : #Mənzillərin ölçülərində sakinləri necə aldadırlar? VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qərbin İranfobiya siyasətinin səbəbi İranı bölgədə təkləməkdir '60 manat versək, layihəyə də düşürük, xəritəyə də'