Müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbuluna başlanılır

Bu gündən müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbuluna bu gün start verilib. Ərizə qəbulu iyulun 15-nə kimi aparılacaq. Xatırladaq ki, müəllimlərin işə qəbulu 3 mərhələli müsabiqə yolu ilə elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən və dövlət nümunəli təhsil sənədi alan, hazırda işləməyən, müvəqqəti əmək müqaviləsi ilə çalışan müəllimlər müəssisələrə işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün edu.gov.az internet saytında «müəllimlərin işə qəbulu üzrə müsabiqə» səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Hər bir namizəd ixtisası üzrə ən çox 8 vakant yer seçə bilər. Elektron ərizələrin qəbulu başa çatdıqdan 5 gün sonra ərizəsi təsdiqlənən namizədlər üçün müsabiqəyə buraxılma, test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumatlar onların «şəxsi səhifə»sində yerləşdirilir.

Google+ WhatsApp ok.ru