Livan parlamenti prezident olaraq Mişel Aunu seçib

Livan parlamenti prezident olaraq Mişel Aunu seçib

Livanda 29 aydan sonra yeni prezident seçilib
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Livan parlamenti, 29 aylıq fasilədən sonra bu gün öz prezidentini seçib. Mişel Aun Livanın yeni prezidenti seçilib. 128 deputatdan 83-ü onun lehinə səs verib.
 
Qeyd edək ki, Mişel Naim Aun 1935-ci ildə Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Xaret-Xrayk rayonunda doğulub. Livan siyasətinin veteranlarından olan M.Aun Livandakı "Hizbullah"-ın müttəfiqlərindən sayılır. 
 
Xatırladaq ki, 2014-cü il mayın sonundan Livan prezidentsiz qalıb. Həmin tarixdə Mişel Süleymanın prezident səlahiyyəti başa çatıb. İndiydək yeni prezidentin seçilməsi üçün 45 dəfə cəhd edilib, ancaq onların hamısı uğursuzluqla nəticələnib.
 

Google+ WhatsApp ok.ru