İlham Əliyev Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib 09 Yanvar 2017 02:00 Ölkə Azərbaycan Prezidenti İlham Əliyev Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar Ali Rəhbər Ayətullah Seyid Əli Xameneiyə başsağlığı verib. Başsağlığında qeyd olunur: "Möhtərəm Ayətullah Xameneyi həzrətləri, İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bütün fəaliyyəti və həyat yolu ilə dövlətinə və xalqına sədaqət nümunəsi göstərmiş Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani müdrik və uzaqgörən siyasətçi kimi tanınmışdır. Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə böyük töhfə vermişdir. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" Azərbaycan Prezidenti İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə də başsağlığı verib. Başsağlığı mətnində deyilir: “Hörmətli cənab Prezident, İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi. İran İslam İnqilabının qələbə çalmasında fəal iştirak etmiş Əli Əkbər Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə vermişdir. Onun əziz xatirəsi daim yaşayacaqdır. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!” (trend) Teqlər : #İlham Əliyev Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah paytaxtın bəzi yerlərində qaz olmayacaq Nasaz avtobusların xətdən çıxarılacağı vədi niyə reallaşmadı?