Kütləvi ixtisarlara hazırıq?

Kütləvi ixtisarlara hazırıq?

“Novoye Vremya” qəzetində diqqəti “Biznes mühitinin yaxşılaşması əmək məcəlləsini sərtləşdirir” sərlövhəli məqalə cəlb edir.

 
Yazıda Əmək Məcəlləsi təhlil edilir. Müəllif yazır ki, bütünlükdə əhalinin durumu pisləşməkdə davam edir. Yaxın gələcəkdə pozitiv bir əlamət belə görünmür:
“Ölkədə biznes mühitin yaxşılaşdırılması ilə bağlı proqramlara inansaq, bu da əməkçilərin tədricən cəmiyyətin hüquqsuz iştirakçılarına çevrilməsinə aparır. Məcəllə isə birmənalı olaraq sahibkarın hüquqlarının müdafiəsində durur. Burada müsbət meyllər olsa da, mənfi məqamlar da az sayılmaz”.
 
Yazıda iddia olunur ki, hökumət yaxın vaxtlarda kütləvi ixtisar proqnozlaşdırır. Ölkədə biznes mühitin yaxşılaşdırılması tədbirləri çərçivəsində ixtisarlar nəzərdə tutulur:
 
Müəllif vurğulayır ki, işsizliyə görə müavinətin ödənilməsi də iş stajından asılı olacaq.
 
Yazıda bildirilir ki, indiyə kimi işləyən əməkçi 14 faiz gəlir vergisi, 3 faiz sosial fondlara ödənişlər edirdisə, 2018-ci ildən əlavə olaraq 0,5 faiz işsizlikdən sığorta ilə bağlı ödəniş etməlidir.
 
Müəllifin bildirməsinə görə, üstəlik, sosial fondlara ödənişlərin strukturlarında da dəyişikliklər edilir:
“İndiyə kimi sahibkar 22 faiz, əməkçi isə 3 faiz ödəniş edirdisə, tezliklə bu 17 və 8 faiz nisbətində olacaq”.
 
Müəllif hesab edir ki, qanunvericilikdə bütün bu dəyişikliklər kütləvi ixtisarlara hazırlıq məqsədi daşıyır.
 
Yazıda bildirilir ki, 2016-cı ildə əmək birjasına işdən ötrü 204 min nəfər müraciət edib. 2015-ci il ilə müqayisədə bu 3,4 dəfə çoxdur:
“Bu 204 min adamdan yalnız 57 min nəfərə yaxını işə düzələ bilib, qalan 127 min nəfər isə iş axtaran şəxslər kimi qeydə alınıb”.
 
Yazıda bildirilir ki, əhalinin real gəlirləri də getdikcə azalmaqdadır. /

Google+ WhatsApp ok.ru