Konqoda qızılca 6 min nəfəri öldürdü

Konqoda qızılca 6 min nəfəri öldürdü

Konqo Demokratik Respublikasında qızılca epidemiyası 6 min nəfərdən çox insanın ölümünə səbəb olub.
 
Epidemiya ölkənin 26 əyalətində qeydə alınıb.
 
Təkcə son bir ay ərzində ölənlərin sayı min nəfəri keçib.
 
Qeyd olunur ki, ölkə ərazisində bir il ərzində 310 min yoluxma halı qeydə alınıb. Qızılcaya yoluxanların təxminən 25 faizi 5 yaşından aşağı uşaqlardır. /Trend
 

Google+ WhatsApp ok.ru