Komissar siyasi məhbusları azad etməyə çağırıb

Latviya paytaxtı Riqada “Şərq tərəfdaşlığında Medianın rolu” mövzusunda Birinci KİV konfransı keçirilib. Konfransdan sonra Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks jurnalistlərin suallarını cavablandırıb. Amerikanın Səsinin əməkdaşı Pərvanə Bayramova da tədbirdə iştirak edib.
Sualları cavablandıran Nils Mujnieks Azərbaycan hökümətinin tənqidi səsləri boğmaqla və onları həbs etməklə Avropa İnsan Haqları Konvensiyasına zidd davrandığını deyib.
 
“Düşünürəm ki, Azərbaycan tənqidi fikrilərini bölüşdükləri üçün həbs olunan insanları sərbəst buraxmalıdır. Bunların sırasına bloqerlər, insan haqları müdafiəçiləri  və jurnalistlər daxildir. Hökümət Avropa İnsan Haqları Konveniyasına dair öhdəliklərini yerinə yetirməldir ki, onlar hələ ki bunu etmirlər. Mən onlarla dialoq yaratmağa və istiqamətlərini dəyişmələrinə razı salmağa çalışmışam, amma hələ ki uğur əldə edə bilməmişəm. Mən əlimdən gələni etməyə çalışmışam. Məsələn, Avropa İnsan Haqları Məhkəməsindəki işlərlə məşğul olmuşam. Ümid edirəm ki, Azərbaycan istiqamətini dəyişəcək və doğru olanı edəcək, çünki inanıram ki, bu insanlar Azərbaycan üçün böyük resursdur. Mən isə mandatım dövründə Azərbaycanda insan haqları pozuntularını işıqlandırmağa davam edəcəm,” deyə cənab Mujnieks bildirib.
 
O, Xədicə İsmayılova, Rəsul Cəfərov, Hilal Məmmədov daxil olmaqla haqsız olaraq həbsdə olan digər insan haqları müdafiəçiləri və jurnalistlərin Azərbaycan üçük mühüm rol oynadıqlarını bildirib və onların azadlığa buraxılmasına çağırıb. Cənab Mujnieks Azərbaycan hökümətini tutduğu yoldan döndərmək üçün səlahiyyətlərindən tam istifadə etdiyini də qeyd edib.
 
Mujnieks Azərbaycanda ədliyyə sisteminn müstəqil olmadığını və məhkəmələrin insanları siyasi sifarişlə həbsə göndərdiyini deyib. Onun sözlərinə görə bu prosses uzun zamandır davam edir, ancaq ötən ilin avqust ayından bəri daha da intensivləşib. O, Hilal Məmmədovu qeyd edərək onun da Azərbaycandakı digər insan haqları müdafiəçiləri, bloqer və jurnalistlər kimi haqsız yerə həbsdə olduğunu vurğulayıb.
Mujnieks həmçinin qeyd edib ki, Avropa Oyunları dünyanı Azərbaycanda insan haqları vəziyyəti ilə bağlı məlumatlandırmaq üçün bir fürsətdir, çünki oyunlar zamanı diqqət Azərbaycanın üzərində olacaq. /
 

Google+ WhatsApp ok.ru