İkinci Avropa Quran yarışması onlayn formada keçiriləcək

İkinci Avropa Quran yarışması onlayn formada keçiriləcək

Hamburq İslam Mərkəzi belə bir açıqlama yayaraq bildirb ki, Avropa səviyyəsində 16 yaşdan aşağı şəxslər üçün Quran yarışması internet üzərindən onlayn formada həyata keçiriləcək.

 
Maide.Az xəbər verir ki, İslam dünyasının aparıcı tanınmış qarilərindən olan Mustafa İsmail, Abdul Basit, Muhamməd Abdul Səməd və Muhamməd Sadik Minşavinin təqlid oxunuşları Quran Evinin Facebook və Telegram səhifələrindən iştirakçılara təqdim edilib.
 
Müsabiqə iştirakçıları oxunuşlardan birini seçib, seçilmiş qarinin üslubunu təqlid ilə bir dəfə Telegram kanalı vasitəsilə @QuranCompetition ünvana göndərə bilərlər.
 
16 yaşdan yuxarı iştirakçılar isə tilavət oxunuşlarını Telegram kanalı vasitəsi ilə @QuranCompetition ünvanına göndərməlidirlər.
 
Müraciətlər yüksək keyfiyyətli və MP4 formatında iştirakçının adı və soyadı, yaşı, yaşayış yeri (ölkə və şəhər) ilə birlikdə təqdim edilməlidir.
 
İştirakçıların təqdim etdiyi sənədlər hakimlərin seçimi, Facebook-da və Hamburq İslam Mərkəzinin Telegram kanalında izləyicilərin fikirləri ilə qiymətləndiriləcək. Bu yarışmanın qalibləri Ramazan ayının ortalarında elan ediləcək.
 
Bir kateqoriyadakı rəqiblərin sayı çox və xalları bir-birinə yaxın olarsa, bu kateqoriyada final keçiriləcək.
 
Yarışmanın birincisi keçən il Hamburq İslam Mərkəzi tərəfindən təşkil edilib.

Google+ WhatsApp ok.ru