Kiçik və orta biznesə təhlükə

Kiçik və orta biznesə təhlükə

"Exo" qəzetində "Azərbaycanda orta və kiçik biznesə təhlükə" sərlövhəli məqalə diqqət çəkir.
 
Ekspert Nəriman Ağayev mövzunu qəzetə belə dəyərləndirib:
 
"Azərbaycanın biznes-seqmentinə xarici valyuta çatışmır, iqtisadiyyat isə xarici valyuta olmadan inkişaf edə bilməz. Çünki təəssüf ki, biz idxaldan asılı ölkəyik. 2017-ci ilin yanvarında ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın valyuta bazarı kəskin şəkildə azalıb. Bu meyl davam edərsə, ilk növbədə orta və kiçik biznes üzərində təhlükə yaranar. Bazar valyuta və ilk növbədə də dollar tələb edir. Dövriyyədə nə qədər az pul olarsa, durum o qədər pis olar".
 
N.Ağayev deyib ki, valyuta bazarının kiçilməsi iqtisadiyyatın inkişafının dayanmasına səbəb olacaq. Artıq son məlumatlara görə, Rusiya ilə mal dövriyyəsində enmələr müşahidə edilir. Digər tərəfdaşlarla da münasibətdə belə tablo yaranır.
 
Yazıda vurğulanır ki, belə bir durumun yaranmasına görə Mərkəzi Bank məsuliyyət daşıyır:
"Bu manatın devalvasiyanın nəticəsi deyil. Düzdür, manatın devalvasiyası öz rolunu oynayıb, amma bu, əsas səbəb deyil. Bu, hər şeydən öncə Mərkəzi Bankın "xidməti"dir ki, yüksək tələbat üzündən dolları bazardan yığışdırıb. Dollar çatışmazlığı isə nəinki xarici, hətta yerli sahibkarları Azərbaycan bazarını tərk etməyə vadar edir".
 
N.Ağayev vurğulayıb ki, bu məsələ bir az da belə davam edərsə, biznes-seqment Azərbaycan bazarına marağı itirəcək.
 
Yazıda bildirilir ki, son vaxtlar Mərkəzi Bank, az da olsa, valyuta ehtiyatlarını artırıb. Ancaq bu artım, əvvəlki illərdə itirilənlərlə müqayisədə çox kiçikdir. /

Google+ WhatsApp ok.ru