Kərbəlada - Təlli-Zeynəbi məqamının yenidənqurma layihəsi davam etdirilir – FOTO 05 İyun 2020 11:27 Xəbərlər İmam Hüseynin hərəminin qərb nahiyəsində Təlli-Zeynəbi məqamının yenidənqurma və inkişaf layihəsinin icrası davam etdirilir. Maide.Az xəbər verir ki, “Əqileyi Bəni Haşim” səhni (eyvanı) adlanan layihənin icrasına 2015-ci ildən başlanılıb və 2021-ci ildə başa çatacaq. İmam Hüseyn (ə) hərəminin cənub və qərb hissəsini özündə birləşdirən eyvan 4 mərtəbə olacaq. Xeyməqah və Təlli- Zeynəbi hissəsini bir-birinə birləşdirəcək. Səhndə kitabxana, muzey, qonaq evi olacaq və eləcə də Təlli-Zeynəbi təpəsi simvolik olaraq həmin eyvanda quraşdırılacaq. Qeyd edək ki, Təlli-Zeynəbi Kərbəlada İmam Hüseynin (ə) məzarı yaxınlığında yerləşən kiçik bir tarixi təpəyə deyilir ki, Aşurada həzrət Zeynəbi-Kübra qaçaraq o təpənin üzərinə çıxdı. O kiçik təpə və onun üzərində duran səbirlilər sərvəri həzrət Zeynəb o gün dünyanın ən böyük faciəsinə şahidlik etdilər. Təlli-Zeynəbi İmam Hüseynin qətligahından 35 metr, məzarından isə 20 metr aralıqda yerləşir. Təqribən 5-6 metr hündürlükdədir. Bu təpə və bu məqam Aşurada o faciəyə hamıdan çox şahidlik etdi. Həzrət Zeynəbi-Kübra özünü bura çatdırdı və buradan o faciəni gördü. O gündən bu məqama Təlli-Zeynəbi deyirlər. İndi bu məqam İmam Hüseynin hərəminin qərb nahiyəsində Zeynəbiyyə qapısının ağzındadır. Teqlər : #Kərbəlada,#TəlliZeynəbi,#məqamının,#yenidənqurma,#layihəsi,#davam,#etdirilir,#–,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ekspert: ‘Azərbaycan yenidən borclanmaya gedir’ Meksikada polisə qarşı etirazlar başlayıb