Kəndin illərdən bəri içməli su ilə olan  ‘imtahanı’ - VİDEO

Kəndin illərdən bəri içməli su ilə olan ‘imtahanı’ - VİDEO

Xaçmaz rayonunun Məmmədxanlı kəndinin sakinləri uzun illərdir ki, içməli su sarıdan əziyyət çəkir.
 
Onlar məcburiyyət qarşısında qalaraq, təsərrüfat üçün nəzərdə tutulan sudan məişətdə də istifadə edirlər.
 
Məsələ ilə bağlı kənd bələdiyyəsindən bildirilib ki, kənddə iki artezian quyusu qazılıb, amma qazılan quyular arzu olunan nəticəni verməyib: “Bununla bağlı rayon icra hakimiyyətinə məlumat verilib, ilin sonuna kimi problem həll olunacaq”.
 
Qeyd edək ki, 240 nəfər sakini olan Məmmədxanlı kəndi rayon mərkəzindən 24 km aralıda yerləşir. /baku.tv
 

Google+ WhatsApp ok.ru