Kəhkəşanın ulduzlarının yaş xəritəsi tərtib olunub

Kəhkəşanın ulduzlarının yaş xəritəsi tərtib olunub

 
Notr-Dam Universitetinin alimləri Süd Yolunun ulduzlarının yerləşmə üzrə yaş xəritəsini tərtib ediblər.
 
“Naked Science” saytına istinadla xəbər verilir ki, xəritəyə görə kəhkəşanın yaranma tarixini özündə əks etdirən ulduzların daha yaşlıları mərkəzə yaxın, cavanları isə kənarlarda yerləşir.
 
Hesablamalar zamanı Süd Yolunda mövcud olan 130 min ulduzun təxmini yaşı müəyyən edilib. Bu ulduzların fəzada yerləşməsinə uyğun olaraq xəritə tətbiq olunub. Mütəxəssislər alınan nəticənin qalaktikamızın 13,5 milyard il formalaşan ierarxik strukturuna uyğun olduğunu bildiriblər.
 
Belə bir xəritə əldə etməklə ulduzların əmələ gəlmə ardıcıllığını, kəhkəşanın müxtəlif hissələrinin yaşını müəyyən etmək mümkündür. Bundan əlavə, xəritə vasitəsilə Süd Yolunun formalaşması, inkişaf zamanı məhv olmuş kiçik ulduz yığınlarının izlərini də görmək mümkündür. (azərtac)
 

Google+ WhatsApp ok.ru