Jurnalist Mirələm Həşimovun məhkəməsi keçirilib

Jurnalist Mirələm Həşimovun məhkəməsi keçirilib. 
 
Bu barədə Mirələm Həşimovun nümayəndəsi Hüquqşünas Səməd Rəhimli Cenubnews.com-a məlumat verib.
 
Məlumatda bildirilir, "26 may 2016-cı il tarixdə Şirvan Apellyasiya məhkəməsində iddiaçı Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun cavabdehi, Cenubnew.com İnternet Qəzetinin baş redaktoru Mirələm Həşimova qarşı verdiyi iddia ərizəsi üzrə Apellyasiya şikayətinə baxıldı. Həmin iddia ərizəsinə uyğun olaraq, iddiaçı cavabdehdən onun barəsində yaydığı 3 xəbərin təkzib olunmasını və (5000) ona beş min manat kampensasiya ödənilməsini tələb etmişdi. Masallı rayon məhkəməsi iddianı qismən təmin edib, xəbərlərin təkzib olunmasını və iki min manat kampensasiya ödənilməsi vəzifəsini Cenubnews.com saytının baş redaktoru Mirələm Həşimovun üzərinə öhdəlik qoymuşdu. Mirələm Həşimov həmin qətnamədən Apellyasiya şikayəti verib. Həmin Apellyasiya şikayətinə baxılması nəticəsində Şirvan Apellyasiya məhkəməsi şikayəti qismən təmin edərək kampensasiya məbləğini (2000) iki min manatdan (500) beş yüz manata endirdi"

Google+ WhatsApp ok.ru