Jerusalem Post: İsrail İranın `Şahab 3` raketləri qarşısında müdafiəsizdir

İsrailin "Jerusalem Post" qəzeti sionist rejimin İranın 2000 km uçuş məsafəsinə malik olan "Şahab 3" raketləri qarşısında inkişaf etdirdiyi "Arrow 3" müdafiə sisteminin sınağının uğursuz olduğunu ifşa edib.
 
Maide.az xəbər verir ki, qəzetin yazdığına görə, bu vəziyyət üç ay ərzində ikinci uğursuzluq kimi qeydiyyatdan keçib.
 
Qəzet, sionist rejim Müdafiə Nazirliyini də ikinci dəfə olaraq bütün həqiqəti əks etdirməyən və bu utandırıcı nəticəni gizlədən rəsmi izahat verməkdə tənqid edib.
 
Təl-Əvivin 15 km cənubundakı Palmahim bazasında keçirilən sınaqda radarın raketi müəyyən etməklə yanaşı, hədəfə kilidlənməyi bacarmadığı ortaya çıxıb.

Google+ WhatsApp ok.ru