Iyul ayının 17-nin Fitr bayramı olması ehtimal olunmur

Iyul ayının 16-da (cümə axşamı günü) gün batan çağı ayın görünməsi ehtimalı həddən artıq azdır və iyul ayının 17-nin (cümə günü) Fitr bayramı olması ehtimal olunmur. Bu sözləri İranın Ali Liderinin ofisi yanında ayın müəyyən edilməsi üzrə komitənin üzvi  Əlirza Müvəhhidnejad bu gün  keçirdiyi mətbuat konfransında deyib.
Bu barədə Maide.az İranın Tasnim xəbər agentliyinə istinadən məlumat  verir
 
Ə.Müvəhhidnejad deyib ki, hazırda 150 ekspert qrupu ayın müəyyənləşdirilməsi üzrə işlər aparır və   cümə axşamı günü (iyulun 16-da) ayın görünməsi ehtimalı çox azdır.
O deyib ki, az ehtimala görə də hər hansı bir dəyişiklik baş verərsəbiz KİV-lər vasitəsi ilə xalqa elan edəcəyik.
 
Onun sözlərinə görə,  cümə axşamı günü  gün batan çağı ay görsənməzsə təqvimə əsasən əməl olunacaq və Ramazan ayı 30 gün olacaq və Fitr bayramı iyul ayının 18-də qeyd olunacaq./
 

Google+ WhatsApp ok.ru