Ispaniyalılar Xəzər dənizi sahilində hotel tikir

 
İspaniyanın Beynəlxalq Hotellər Şəbəkələrindən biri İranda Xəzər dənizi sahilində böyük hotel tikir. 
 
Maide.Az xəbər verir ki, Wall Street Journal qəzeti yazıb ki, "Melia" Beynəlxalq Hotellər Şəbəkəsi  elan edib ki, 2017 -ci ildə  İranda Xəzər dənizi sahilində böyük bir hotelin açılışı olacaq. 
 
Bu  hotel İranın şimalında Salmanşəhər şəhərində tikiləcək və  319 otağı olacaq. 
35 ölkədə 350-dən çox hoteli olan "Melia" Beynəlxalq Hotellər şəbəkəsinin müdirlərindən Qabriel Oskarr deyib ki, düşünürük ki, İranda bu sahədə geniş potensial var. "Biz İranın turizm sahəində birincilərdən olmağa çalışırıq."
 
Hoteldə 7 restoran,  2 su hovuzu, bir su müalicə mərkəzi fəaliyyət göstərəcək. 
 

Google+ WhatsApp ok.ru