Hizbullah Rusiya səfirinin qətlini qınadı

Hizbullah Rusiya səfirinin qətlini qınadı

Livan Hizbullah Müqavimət Təşkilatı Rusiyanın Ankaradakı səfirinin terror hadisəsini qınayan bəyanat verib.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən məlumat verir ki, Hizbullah bəyanatında bu terror hadisəsinin insanlıqdan uzaq bir hərəkət olduğunu bildirib: "Biz əminik ki, bu terror hadisəsi Rusiyanın Suriyadakı sabit siyasətinə heç bir təsir göstərməyəcək. Bəlkə Rusiya bundan sonra terrorizmlə mübarizədə və onu məhv etmək üçün öz dostları və müttəfiqləri ilə müştərək olaraq əməkdaşlığını daha da artıracaq”.
 
Hizbullah həmçinin Rusiya rəsmilərinə və xalqına və səfirin ailəsinə başsağlığı verib.  
 
Qeyd edək ki, artıq bir neçə gündür Hələbin terrorçulardan azad edilməsindən sonra Rusiya və daha sonra İranın Türkiyədəki nümayəndəlikləri önündə müəyyən qruplar tərəfindən aksiyalar keçirilir. Məhz bu səbəblə və Rusiya səfirinin qətlə yetirilməsindən sonra təhlükəsizlik məqsədilə İran XİN sözügedən şəhərlərdə konsulluq fəaliyyətini dayandırdığını açıqlayıb.
 

Google+ WhatsApp ok.ru