Hava qeyri-sabit keçəcək, temperatur 5-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ 13 Noyabr 2020 14:34 Ölkə Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur. Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək. Teqlər : #Hava,#qeyrisabit,#keçəcək,#temperatur,#dərəcə,#aşağı,#enəcək,#XƏBƏRDARLIQ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Noyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb Bakı-İzmir marşrutu üzrə xüsusi aviareyslər yerinə yetiriləcək