Hava kəskin soyuyacaq, rayonlarda sulu qar, qar yağacaq 30 Oktyabr 2015 02:00 Ölkə Sabah Azərbaycan ərazisində hava şəraiti yağmurlu olacaq, bəzi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-11, gündüz 12-15, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq. / Teqlər : #Hava kəskin soyuyacaq,#rayonlarda sulu qar,#qar yağacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başa çatır Azərbaycanda noyabr ayına olan hava proqnozu açıqlanıb