Hacı Məsim  Novruzovun dəfn mərasimi keçirilib - FOTO/VİDEO

Hacı Məsim Novruzovun dəfn mərasimi keçirilib - FOTO/VİDEO

Uzun sürən xəstəlikdən sonra ötən gün vəfat edən tanınmış ruhani, Hacı Məsim  Novruzovun dəfn mərasimi keçirilib. 
 
Maide.Az xəbər verir ki, mərhum  Hacı Məsim Novruzovun dəfn mərasimində ölkənin  müxtəlif bölgələrindən xeyli sayda  ruhani və inanclılar   iştirak edib. 
Dəfn mərasimindən öncə  mərhum Hacı Məsim Novruzov üçün uzun illər xidmət  etdiyi Bülbülə qəsəbəsindəki "İmam Ümmət" məscidində əzadarlıq məclisi təşkil olunib. Daha sonra mərhumun cənazəsinə namaz qılınıb və O Bülbülə qəbristanlığında dəfn olunub.  
 
Qeyd edək ki, Hacı Məsim ictimai şəxsiyyət və  el ağsaqqalı  olub. Bir müddət isə absurd ittihamla  2 il həbs həyatı yaşayıb. Hacı Məsim  kasıblara əl tutan bir şəxs və Əhli-beyt (ə) aşiqi kimi  tanınıb.
 
Allah rəhmət eləsin.
 
Xatırladaq ki, Hacı Məsim Novruzov ilahiyyatçı  Ruhullah Novruzzadənin atası, ruhani Hacı Abgül Süleymanovun və jurnalist Ramin Bayramovun qayınatasıdır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru