Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin böyük qızılı eyvanının yenilənməsi başa çatıb - FOTO 14 Yanvar 2020 09:10 Xəbərlər İranlı sənətkarlar İraqın müqəddəs Kərbəla şəhərindəki Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin böyük qızılı eyvanının yenidən qurulması layihəsini tamamlayıblar. Böyük qızılı eyvanın sağ tərəfində İxlas surəsi, ön hissəsində Bəqərə surəsinin 177-ci ayəsinin bir hissəsi, sol hissədə isə Kövsər surəsindən ayələr yazılmış lövhələr bərkidilib. Böyük qızılı eyvanın yenidən qurulmasında istifadə olunan qızılı plitələr 24 əyyar qızıldan hazırlanıb. Plitələrdə istifadə olunan mozaikada ənənə və müasirliyi özündə birləşdirən estetikliyi əlavə etmək üçün İslami motivlər və ahəngdar rənglərdən istifadə olunub. Bu layihənin başa çatması ilə Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahının görünüşü əvvəlkindən daha çox cazibədar olub. /Deyerler.org Deyerler.org Teqlər : #Həzrət,#Əbülfəzl,#Abbasın,#(ə),#hərəminin,#böyük,#qızılı,#eyvanının,#yenilənməsi,#başa,#çatıb,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Slovakiyada quş qripi virusu aşkarlanıb Əhali cərimə olunası olmadı