Həcc ziyarəti çox önəmli siyasi mesajdır - Ayətullah Xamenei - FOTO 01 Oktyabr 2018 01:00 İslam lideri -- İslami firqələrlə qardaşcasına bir mühitdə yaşamaq bunun tərkib hissəsidir “Müxtəlif ölkələr öz tarixi əsərlərini diqqətlə qoruduqları, hətta bəzi vaxtlarda öz tarix və keçmişlərini dolğun göstərmək üçün saxta əsərlər yaratdıqları bir vaxtda Məkkə və Mədinədə çoxlu İslami əsərlər dağıdılıb”. Maide.Az “leader.ir saytına istinadla xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Həcc təşkilatının məsul şəxslərini qəbul edib. Ayətullah Xamenei bildirib ki, Allah Taalanın Həcc əməlini yerinə yetirmək üçün bir məkan və zamanda toplaşmaq üçün buyruğu çox önəmli siyasi mesajdır. “Müsəlmanlar arasında əlaqələrin möhkəmləndirilməsi və İslam ümmətinin gücünün göstərilməsi bunun bariz nümunəsidir. Həcc zamanı İslam ümməti ilə əlaqələrin qurulmasını, İslam İnqilabının mesajının zəvvarlara çatdırılması və onlarda olan şübhələri aradan qaldırmaq, İran ilə digər İslam ölkələri arasında əlaqələrin inkişafı üçün zəmin yaratmaq, İslami firqələrlə qardaşcasına bir mühitdə yaşamaq Həccin siyasi mesajlarının digər nümunələridir.” Həccin çox önəmli mənəvi aspekti də olduğunu diqqətə çatdıran Ayətullah Xamenei Səudiyyə dövlətinin Kumeyl duasının keçirilməsini əngəlləməsindən danışıb və qeyd edib ki, bu kimi qadağa və maneələri təşəbbüslərlə çalışıb həll etmək lazımdır. “İslami məqsədlər və həqiqətlərin çatdırılması üçün proqram hazırlanmalı və icra olunmalıdır.” Ali Rəhbər həmçinin Peyğəmbər Əkrəm (s), Əmirəlmöminin (ə), xəlifələr və İslamin əvvəlindəki mücahidələrə aid İslami əsərlərin həcc ərazini inkişaf etdirmək bəhanəsi ilə dağıdılmasını tənqid edib. “Müxtəlif ölkələr öz tarixi əsərlərini diqqətlə qoruduqları, hətta bəzi vaxtlarda öz tarix və keçmişlərini dolğun göstərmək üçün saxta əsərlər yaratdıqları bir vaxtda Məkkə və Mədinədə çoxlu İslami əsərlər dağıdılıb”. Ayətullah Xamenei Həcc və Ziyarət Təşkilatının və aidiyyatı digər qurumların digər İslam ölkələrinin aidiyyatı qurumları ilə əlaqə yaradıb Məkkə və Mədinədə İslami əsərlərin dağıdılmasının qarşısının alınması üçün səy göstərilməsini istəyib. Ali Rəhbər Həcc Təşkilatının məsul şəxsərinə yeni texnologiyalardan, xüsusilə sosial vasiətlərdən istifadə etməklə digər ölkələrin zəvvarları ilə əlaqələr qurmaq, onlarla əməkdaşlığı artırmağı tövsiyə edib. Teqlər : #Həcc ziyarəti çox önəmli siyasi mesajdır Ayətullah Xamenei FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xameneinin iştirakı ilə imam Hüseynə (ə) əzadarlıq mərasimi keçirildi-FOTO/VİDEO Ayətullah Xamenei yoxsul təbəqəyə təmannasız xidmət göstərən könüllülərlə görüşüb - FOTO/VİDEO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB