Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri irimiqyaslı təlimlərdə iştirak edir 14 Noyabr 2016 02:00 Hərb Təsdiq edilən plana əsasən keçirilən irimiqyaslı təlimlərə Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri cəlb olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Maide.Az-a verilən məlumata görə, təlimlərdə iştirak edən gəmilərin və şəxsi heyətin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycana mənsub hissəsində əməliyyat şəraiti və HDQ-nin idarə olunması yoxlanılıb. Təlimlərin ilkin mərhələsində HDQ-nin tam döyüşə hazır vəziyyətə gətirilməsi, gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, komplektləşdirmə və döyüş uzlaşması tədbirləri müvəffəqiyyətlə yerinə yetirilib. Təlimlərin gəmi və katerlərinin cəlb olunması ilə keçirilən mərhələsinin məqsədi Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, terror diversiya qrupu tərəfindən ələ keçirilmiş gəminin, helikopterdən endirilmiş xüsusi təyinatlılar tərəfindən azad edilməsi və tapşırıqların yerinə yetirilməsi zamanı digər qoşun növləri ilə uzlaşdırılmış birgə fəaliyyətlərin icrasından ibarətdir. / Teqlər : #Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri irimiqyaslı təlimlərdə iştirak edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya və Çin İranla hərbi əməkdaşlıqlarını genişləndirir Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri davam edir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'