HƏMAS fələstinliləri kütləvi aksiyalara çağırıb

HƏMAS hərəkatı Fələstin xalqını cümə namazdan sonra Qərb sahilinin bütün bölgələrində bütün təşkil olunacaq kütləvi aksiyalarda fəal iştirak etməyə çağırıb.
 
Maide.az xəbər verir ki, HƏMAS yaydığı bəyanatda həmçinin düşmənlə müxtəlif təmas nöqtələrində işğalçı İsrail qüvvələrilə mübarizənin davam edilməsini istəyib.
 
Hərəkat, xalqı sabah təşkil olunacaq aksiyada milli birliyi qorumaq və işğalçılar qarşısında Müqavimət seçimini dəstəkləmək üçün yalnız Fələstin bayrağı ilə iştirak etməyə çağırıb.
Yayılan bəyanata əsasən, Fələstin xalqının sabahkı qəzəbi İşğalçılara bu mesajı verəcək ki, fələstinlilərin həbsi onları Qüdsün intifadası və onu gücləndirmək yolundan döndərməyəcək. 
Bəyənatda vurğulanır: “Bu həbslər yenilməz müqavimət dalğasının qarşısını almaq məqsədi ilə həyata keçirilir”.
Həmas hərəkatı öz bəyanatında fələstinlilərin sionistlərə qarşı qəhrəmancasına apardığı əməliyyatlara görə təbrik edərək, əməliyyat icraçılarına və onların səbrli ailələrinə ən xoş arzularını, pak şəhidlərə isə Allahdan rəhmət diləyir. /
 

Google+ WhatsApp ok.ru