Gürcüstanda izdihamlı tasua yürüşü keçirilib-foto 03 Noyabr 2014 02:00 Məqalə Bu gün Gürcüstanın Marneuli şəhərində Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi, İmam Əli (ə) adına xeyriyyə fondu, Marneuli imam Əli (ə) məscidi və Əhli-beyt cəmiyyətinin təşkilatçılığı ilə tasua yürüşü keçirilib. Yürüşdə Gürcüstanın müxtəlif bölgələrindən Əhli-beyt aşiqləri iştirak ediblər. Əzadarlar qarşısında çıxış edən axund Hacı Hacıyev bildirib ki, biz Gürcüstan müsəlmanları ölkəmizin Samtsxe-Cavaxetiya bölgəsində məscid binasını kitabxanaya çevirmə cəhdlərini, hər hansı bir qüvvə tərəfindən baş verməsindən asılı olmayaraq, kəskin şəkildə qınayırıq və bu məsələ ilə əlaqədar yaranmış insidentdə tutulan müsəlman qardaşlarımızla öz həmrəyliyimizi bildiririk. O söhbətinin davamında Ərəbistan dövlətinin Ayətullah Şeyx Baqir Nəmrə qarşı haqsız edam qərarını kəskin şəkldə qınayaraq, bütün Gürcüstan müsəlmanları tərəfindən şeyx Nəmrin tezliklə azadlığa buraxılmaını Ərəbistan hökümətindən tələb etdi. islamazeri / Teqlər : #Gürcüstanda izdihamlı tasua yürüşü keçirilibfoto, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gəncə şəhərində Şah Abbas cümə məscidində qarşıdurma baş verib Gəncədə Tasua yürüşü keçirilib (FOTO)