Günün hədisi: Nəfsə pərəstişdən çəkin 09 Avqust 2019 09:02 Günün hədisi Maide.Az günün hədisini təqdim edir: İmam Sadiq (ə) buyurmuşdur: اِحْذَرُوا اَهْوَائَكُمْ كَمَا تَحْذَرُونَ اَعْدَائَكُمْ فَلَيْسَ شَيْئٌ اَعْدَيٰ لِلرِّجَالِ مِنِ اتِّبَاعِ اَهْوَائِهِمْ وَ حَصَائِدِ اَلْسِنَتِهِمْ “Düşmənlərinizdən çəkindiyiniz kimi, öz nəfsinizdən də çəkinin. Çünki insana nəfsi istəklərə itaət və dili ucbatından hasil olanlar kimi düşmən olanı yoxdur.” (“Səfinətul-bihar”, c.8, səh.729.) Qısa izah Daxili düşmənlərin xarici düşmənlərdən daha təhlükəli olmasında heç bir şübhə yoxdur. Bu səbəbdən, insanın daxilindəki nəfsi istək və meyillər onu daha çox təsir altına sala və xoşagəlməz nəticələrin yaranmasına gətirib çıxara bilər. Nəticədə, nəfsin insan üçün ən təhlükəli düşmən hesab edildiyini söyləyə bilirik. Nəfsə pərəstiş insanın gözünü kor, qulağını kar edir, əqlin nurunu aradan aparır, həqiqətlərin simasını onun nəzərində fərqli şəkildə cilvələndirir və nəhayət, insanı fəsad uçurumuna tərəf sürükləyir. Eyni zamanda, əgər insan dilinə yiyəlik etməzsə və onu sərbəst buraxarsa, dil qarşısına çıxan hər kəsi sancan ilana çevrilər və insan üçün böyük problemlərin yaranmasına yol açar. Maide.az – Maarif bölümü Teqlər : #Günün,#hədisi:,#Nəfsə,#pərəstişdən,#çəkin, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Günün hədisi:Öz eybini unutma Günün hədisi: Haqq ilə batili ayıra bilən və ən düzdanışan şəxs