Gömrük postunda Türkiyə vətəndaşı öldü 26 Noyabr 2016 02:00 Xəbərlər Gürcüstandan Azərbaycana gələn Türkiyə vətəndaşı gömrük postunda ölüb. Maide.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu gün səhər saatlarında Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun piyada keçid xəttində Gürcüstandan respublikamıza gələn 1952-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Naim Tozlunun qəflətən halı pisləşib. Gömrük əməkdaşları ilkin yardım göstərib və əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, vətəndaşı xilas etmək mümkün olmayıb. Tibbi personalın verdiyi ilkin rəyə əsasən Türkiyə Respublikasının vətəndaşı Naim Tozlu urək tutmasından vəfat edib. Teqlər : #Gömrük postunda Türkiyə vətəndaşı öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərəbistanın şərqində Ali-Səud rejiminə qarşı aksiya keçirilib Limonu xarab olmadan uzun müddət saxlamağın - Yolları