Gənclərə tövsiyə: Mənəviyyat baharından layiqincə istifadə edin 14 Mart 2020 13:29 İslam lideri Mərhəmətli və Bağışlayan Allahın adı ilə. Hər bir insanın qəlbinin bir incə teli, varlığının bir mənəvi tərəfi var. İnsan varlığının bir çox müxtəlif tərəfləri var: instinktlər var, meyillər var, ehtiyaclar var. Hər bir insanda bütün insanlarda olan bu kimi cəhətlərdən biri də mənəviyyat aspektidir. Bu, çox incə bir cəhətdir və gənclik illərində onun zərifliyi, şəffaflığı və saflığı daha çox özünü göstərir. Əgər biz bəşər övladları bu aspekti özümüzdə gücləndirə bilsək, o, bizim digər aspektlərimizi düzgün istiqamətləndirər. Bu o demək deyil ki, mənəviyyat aspekti instinktlərin, ehtiyacların, ağılın və rassional yanaşmanın qarşısını alsın; yox, bütün bunlar öz yerində, amma mənəviyyat aspekti insan varlığında qorunanda, güclənəndə bütün digər aspektləri düzgün istiqamətləndirir. Həyatda gördüyümüz xəbis, zalım, qaniçən, pulpərəst, şəhvətpərəst, qarunqulu – bir sözlə, varlığında maddi aspektlərin üstünlük qazandığı insanlar o şəxslərdir ki, özlərində o mənəviyyat aspektini inkişaf etdirməyiblər, tədricən bu cəhət onlarda zəifləyərək aradan gedib. Mən siz gənclərə demək istəyirəm ki, özünüzdə bu mənəviyyat aspektini gücləndirmək üçün Rəcəb ayından istifadə edin, bəhrələnin. Rəcəb ayından sonra Şəban ayı, ardınca isə Ramazan ayl – mənəviyyat baharı gəlir. Siz gənclər də insanlıq baharının təcəssümüsünüz, belə ki, ömrünüzün baharını yaşayırsınız; bu mənəviyyat baharından bacardığınız qədər istifadə edin. Allahı xatırlamaq, Allahın adını dilə gətirmək, bu ay üçün tövsiyə olunmuş dualar, onların məzmununa diqqət yetirmək, Quran oxumaq, namazı ilk vaxtında qılmaq, günahdan çəkinmək, gözəl əxlaq – bütün bunlar bu ayın bizim hamımız üçün yaratdığı böyük fürsətlərdir, amma siz gənclər bu fürsətlərdən daha yaxşı istifadə edə bilərsiniz; eynilə maddi fürsətlər kimi. Təsəvvür edin ki, bir meydandır; meydanın o başında finiş xətti çəkilib, bir mükafat da müəyyən olunub, mənə və sizə deyirlər ki, hansınız o xəttə tez çatsa, mükafatı qazanacaq. Kim tez çatar? Aydındır ki, siz gəncsiniz, güclüsünüz, həvəslisiniz, mən özümə gəlib yerimdən tərpənincə, siz ora çatıb mükafatı qazanacaqsınız. Mənəviyyat da eynilə bu cürdür; bunu bilin. Mənəviyyatda da sizlər daha tez, daha asan, daha sürətli və daha həzverici bir şəkildə öz məqsədinizə çata bilərsiniz. Sizin gördüyünüz bu adamlar, bizim vaxtımızda olan, misal üçün, mərhum Ayətullah Behcət kimi insanlar – nurani bir insan idi; qoca və çox nurani – onlar cavanlıqdan, yəni sizin yaşınızda olduqları vaxtdan öz mənəviyyatına diqqətli yanaşmış adamlar idi. Bu şeylərə daha gec önəm verməyə başlamış insanların isə mənəvi uğurları daha azdır. Bunları heç düşünməyənlər isə o nuranilikdən, o saflıqdan, o şəffaflıqdan məhrum qalır, əksər insanlar kimi olurlar. (Ali Rəhbərin islami şagird təşkilatlarının üzvləri ilə görüşü zamanı etdiyi çıxışından – 20/04/2016.) Maide.Az - Maarif bölümü Teqlər : #Gənclərə,#tövsiyə:,#Mənəviyyat,#baharından,#layiqincə,#istifadə,#edin, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qadın əzəməti - Ayətullah Xamenei (VİDEO) Ali Rəhbər Ayətullah Xamenei kütləvi amnistiya elan edib İslam lideri Amerika Qəzzada baş verən son cinayətlərdə məsuliyyət daşıyır Sənin dualarına ehtiyacımız var, Ağa! - VIDEO Ali Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi - FOTO Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib Ali Rəhbər Xanım Zəhranın (s.ə) mövludu münasibətilə Əhli-beyt (ə) məddahları ilə görüşüb - FOTO Ali Rəhbər Ayətullah Xamenei başsağlığı verib Ali Rəhbərin iştirakı ilə İmam Rzanın (ə) şəhadət gününə həsr edilmiş mərasim keçirildi – FOTO Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır Ali Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş ərbəin mərasimində iştirak etdi - FOTO Ali Rəhbər Ayətullah Xamenei mərhum Ayətullah Həsənzadə Amulinin cənazə namazını qıldı - FOTO/ VİDEO Ali Rəhbər Ayətullah Xamenei başsağlığı verib Ali Rəhbər olimpiya və paraolimpiya iştirakçılarını qəbul edib - FOTO Ayətullah Xamenei başsağlığı verib Ayətullah Xamenei ölkə prezidenti və yeni hökumət kabinetinin üzvlərini qəbul edib - FOTO Ayətullah Xameneinin iştirakı ilə imam Hüseynə (ə) əzadarlıq mərasimi keçirildi-FOTO Ayətullah Xamenei 2800-dən çox məhbusu əfv etdi İmam Kazim (ə) və təqiyyə zirehi ilə mübarizə - Ayətullah Xamenei (VİDEO) Ayətullah Xamenei prezident Ruhani və Nazirlər Kabinetinin üzvlərini qəbul edib - FOTO Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO Ali Rəhbər Ayətullah Xameneinin dünya müsəlmanlarına müraciəti Ali Rəhbər Ayətullah Xameneinin dünya müsəlmanlarına müraciəti Ayətullah Xamenei başsağlığı verib Ali Rəhbər İranın məhkəmə sisteminə yeni sədr təyin edib Ayətullah Xamenei: İran xalqı sözün həqiqi mənasında bu seçkilərdə dastan yazdı Ali Rəhbər Ayətullah Xamenei məhkəmə sisteminin sədri və məsul işçiləri ilə görüşdü Ayətullah Xamenei 5100-dən çox məhbusu əfv etdi Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB Ayətullah Xamenei prezident seçkilərində səs verib -FOTO/VİDEO Ayətullah Xameneinin İmam Xomeyninin vəfatının 32-ci ildönümü münasibətilə çıxışı - YENİLƏNİB Ayətullah Xamenei: 'İmam billirdi ki, islami hakimiyyət İslamın ən əsas mesajıdır' Bu gün İmam Xomeyninin (rə) vəfatının 32-ci ildönümü günüdür İmam Xomeyninin (r.ə) mirası İmam Xomeyninin (r.ə) siyasi kursunun başlıca meyarları Ali Rəhbər Ayətullah Misbah Yəzdinin xatirəsinə anım mərasimi təşkil etdi - FOTO Ayətullah Xamenei mərhum Ayətullah Misbah Yəzdinin cənazə namazını qıldı - FOTO Ayətullah Xamenei başsağlığı verib Vüsal günü - VİDEO Həzrət Fatimeyi-Zəhranın (s.ə) xüsusiyyətləri Həzrət Fatimeyi-Zəhra (s.ə) – Allahın seçilmiş bəndəsi Fatimeyi-Zəhranın (s.ə) həyatının parlaq nöqtəsi - Ayətullah Xamenei (VİDEO) İslamda qadının dəyəri
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB