Gələn il güzəranımız necə olacaq?

Gələn il güzəranımız necə olacaq?

Maliyyə Nazirliyi 2017-cı ilin və qarşıdakı 3 ilin dövlət və icmal büdcələrin layihəsini hazırlayıb. Sənədlər Nazirlər Kabinetinə və Hesablama Palatasına göndərilib. Dövlət büdcəsinin parametrləri açıqlanmır. Qeyd edilir ki, 2017-vi ilin prioritetləri bunlardır:
 
– sosial siyasətin davam etdirilməsi, əhalinin yaşayış səviyyəsinin, qaçqın və məcburi köçkünlərin və bu qəbildən olan həssas qrupun sosial rifahının yaxşılaşdırılması;
 
 
– ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi;
 
– ölkə daxilində və xaricində icrasına başlanılmış və prioritet hesab edilən investisiya layihələrinin icrası;
 
– regionların sosial-iqtisadi inkişafının, qeyri-neft sektorunun stimullaşdırılması;
 
– aqrar sektora və sənayeyə dövlət qayğısının artırılması;
 
– sənaye və kənd habelə ölkə ərazisində və xaricdə keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi.
 
2017-ci il büdcəsi nə vəd edir?
 
Dövlətin borc və öhdəlikləri və dövlət proqramlarının həyata keçirilməsi üçün maliyyə təminatlarının yaradılmasına əhəmiyyət veriləcək.ÿ
 
2016-cı ildə dövlət büdcəsinin gəlirləri isə 16 mlrd 822 mln manat, xərcləri 18 mlrd 495 min manat məbləğində təsdiq edilib.
 
Ölkənin yaşadığı maliyyə çətinliklərinin, ixracın azalmasının fonunda idxalın artmasının, vergidən gələn gəlirlərin kəskin aşağı düşməsinin fonunda baş verənlər maraq doğurur. Bu baxımdan Azərbaycana növbəti ilin büdcəsi nə vəd edir?
 
Məsələn, nüfuzlu beynəlxalq təşkilatın bir neçə gün öncə Azərbaycanla bağlı açıqladığı hesabata diqqət yetirək.
 
“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini “neqativ” proqnozla “Ba1″ səviyyəsində təsdiq edib. Agentlik Azərbaycanın iqtisadi geriləməsinin dünya bazarında neft qiymətlərinin azalması və milli valyutanın devalvasiyası ilə dərinləşdiyini qeyd edib.
 
“Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu ilin II rübündə ÜDM 3,2%, I rübdə 3,6% azalıb və 2015-ci ilin sonuncu rübündə 6,5% kiçilmə qeydə alınıb. ÜDM-də analoji üç ardıcıl rüblük azalma kredit reytinqinin neqativ olmasına səbəb olub və bu, neftin qiymətinin aşağı düşməsi və yerli valyutanın kəskin devalvasiyası ilə əlaqədar Azərbaycanın iqtisadi, valyuta və bank böhranının ağırlığını əks etdirir”,- deyə “Moody’s” ekspertləri qeyd ediblər.
 
Qeyri-neft sektorunda aktivlik aşağı düşüb
 
Bu ilin birinci yarısında qeyri-neft sektorunda iqtisadi aktivlik illik müqayisədə 6,1% azalıb, neft sektorunda isə 2,1%-ə qədər artım qeydə alınıb. Iqtisadi geriləmənin əsas səbəbi I yarımillikdə tikinti sektorunun 33,6%, yükdaşımaların 2,3% azalması ilə bağlıdır. Qeyri-neft sənayesi istehsalında isə 2%-dən çox artım olub.
 
“Ölkə hökumətinin ÜDM-lə bağlı 2016-cı il üçün 3,3%-lik azalma qeydə alınması ehtimalı bizim proqnoza uyğundur. Daxili tələbatın bərpa olunması ilə 2017-ci ildə real ÜDM-in artımının 0% ətrafında proqnozlaşdırırıq”,- deyə Agentliyin məlumatında bildirilib.
 
Qeyd olunub ki, tikintidə kəskin azalmanın səbəbi dövlətin kapital xərclərini və borcverməni azaltması ilə bağlıdır. Məlumata görə, neftin qiymətininn aşağı düşməsi ilə Azərbaycan iqtisadi, fiskal və xarici baxımdan yenidən təşkiletmə mərhələsinə daxil olub. “Hökumətin cavabı, xüsusilə də manatın dəyərinin aşağı salınması qərarı aşağı neft qiymətlərinin təsirini nəzarət altına almağa kömək edib, amma bank sistemini valyuta disbalansı qarşısında qoyub, çünki əmanətlər borclardan daha çox dollarlaşıb”.
 
Bildirilib ki, gəliri milli valyutada olan borcalanlar üçün xarici valyutada borc ödəmək prosesinin çətinləşməsi ilə devalvasiya bank aktivlərinin keyfiyyəti və gəlirliyinə ciddi ziyan vurub. Həmçinin, manatın zəifləməsi yüksək inflyasiyaya səbəb olub:
 
“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin I yarısında inflyasiya 10,5% olub. Buna görə də məişət xərcləri sahəsində bu il durğunluğun olmasını, inflyasiyanın 2017-ci ildə azalmasını və iqtisadiyyatın bərpa prosesinin başlamasını gözləyirik. Ixracın 90%-nin, dövlətin məcmu gəlirlərinin 60-70%-nin, ÜDM-in 50%-nin neftlə bağlı olması səbəbindən Azərbaycan iqtisadiyyatı neftin qiymətindəki dalğalanmalara ən çox məruz qalanlardan biridir. Dövlət borcunun ÜDM-ə nisbətinin bu il 2014-cü ildəki 11,2%-dən 29,6%-ə çatacağını proqnozlaşdırırıq”.
 
Iqtisadçı Samir Əliyev bildirdi ki, Azərbaycanın büdcə daxilolmalarında neftdən gələn gəlirlər yüksək olaraq qalmaqdadır. S.Əliyevin sözlərinə görə, bunu Neft Fondundan büdcəyə hər il artan transfertləri bunu deməyə əsas verir: “Hökumətin qarşısında əsas prioritet Neft Fondundan transfertin həcmini azaltmaq olmalıdır. Daha dəqiq desək, məqsəd büdcənin neftdən asılılığını azaltmaq olmalıdır. Bu istiqamətdə bir nəticənin olduğunu söyləmək hələ tezdir. Ixracın strtukturuna baxanda görürük ki, milli valyutamız iki dəfə ucuzlaşdı. Amma qeyri-neft sektorunun ixracında nəinki artım olmadı, əksinə, azalma oldu. Bir sözlə, Azərbaycanın ixracının əsas problemi rəqabət qabiliyyətli, dünya standartlarına uyğun olan məhsulun istehsal etmirlər”.
 
S.Əliyevin sözlərinə görə, beynəlxalq təşkilatların yanaşması belədir ki, büdcə yükü azaldılmalıdır. Bunun yollarından biri də kommunal sektora ayrılan vəsaitlərin azaldılması və ya kommunal sektorun özəl idarəçiliyə verilməsidir: “Kommunal sektor dövlət tərəfindən idarə olunur və büdcədən kifayət qədər asılılıq yaranıb. Araşdırmalar göstərir ki, kommunal sektorda çalışan müəssisələrin satdığı məhsul onların xərcini ödəməyə kifayət etmir. Deməli, dövlətdən dəstək olmalıdır. Bu olmayacaqsa, deməli, tariflər qaldırılmalıdır”.
 
Bu baxımdan S.Əliyev hesab edir ki, ola bilsin, gələn ilin büdcəsi manat ifadəsində artırılsın. Amma devalvasiyanı nəzərə alsaq, büdcə dollar ifadəsində büdcənin azalmasını görəcəyik: “Azərbaycanda nə qədər ki, dövlət sahibkarlıqla məşğul olur, dövlət büdcəsinə tələbat bir o qədər çox olacaq. Ona görə dövlət büdcəsi daha çox xərc tələb edir. Düşünmürəm ki, gələn il də Neft Fondundan transfertin həcmini azaltmaq mümkün olsun. Neftin qiymətində artım olmazsa, Neft Fondunun büdcəsində kəsir müşahidə edəcəyik. Bu üzdən keçən illəri Fondun büdcə qarşısında öhdəliyi ac icra olundu”.(azadliq.info)

Google+ WhatsApp ok.ru