Fransadan İsrailin irqçi hücumlarına etiraz 16 Sentyabr 2015 01:00 Fələstin Fransa sionist əsgərlərin müsəlmanların ilk qibləsi Məscidi Əqsada olan Qiblə məscidinə ayaqqabıyla daxil olması ilə başlayan münaqişələri pisləyib Maide.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi sözçüsü Romain Nadal məsələ ilə bağlı yazılı açıqlamasında Fransanın Qüdsdə bazar günü başlayan hücumları qınadığını bildirib. Fransanın Qüdsdəki müqəddəs məkanlara duyduğu hörmət və qayğını vurğulayan Nadal, "Bu hücumlar İsrail ilə Fələstin arasındakı münaqişənin həlli üçün sülh danışıqlarının yenidən başlaması lazım olduğuna işarə edir" deyib. İsrail ilə Fələstin arasındakı sülh prosesinə yeni bir beynəlxalq dəstək təklif etdiklərini xatırladan Nadal, "Fransa münaqişələrin həll olunması üçün boynuna vəzifə götürməyə hazırdır" söyləyib. Fransanın Xarici İşlər Nazirliyinin daha öncə ictimaiyyətə açıqladığı İsrail və Fələstin barədə hazırladığı hesabatda, Fransanın iki ölkə arasında sülh prosesində ABŞ-la yanaşı, Avropa və Ərəb dövlətlərinin daha fəal rol alması çağırışına yer verilmişdi. Fransa, "Beynəlxalq dəstək qrupu" adlandırdığı bu proseslə yanaşı Birləşmiş Millətlər Təhlükəsizlik Şurasına təzyiq göstərib, iki ölkə arasındakı müzakirələrin yaxın zamanda nəticəyə bağlanmasını istəyir. Teqlər : #Fransadan İsrailin irqçi hücumlarına etiraz, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Netanyahu: Məscidi Əqsadakı mövcud vəziyyəti davam etdirməyə qərarlıyıq Bir qrup yəhudi Məscidi Əqsaya girdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar