Fevral ayında hava necə olacaq?

Azərbaycanda fevral ayında havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata əsasən, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var. 
 
Bakıda və Abşeron yarımadasında 
 
Orta aylıq temperaturun 2-4 dərəcə isti (gecələr 2-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 15-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm) olacağı gözlənilir.
 
Naxçıvan Muxtar Respublikasında 
 
Orta aylıq temperaturun 0-5 dərəcə şaxta (gecələr 3-8, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 16-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. 
 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 
 
Orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, ayın ikinci yarısının ayrı-ayrı günlərində 13-16 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
 
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 
 
Orta aylıq temperaturun 2-4 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 3-6 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 15-17 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. 
 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir. 

Google+ WhatsApp ok.ru