Fanatik yəhudilər İbrahim peyğəmbərin qəbrinin yanındakı zeytun bağını məhv ediblər (FOTO)

Fanatik yəhudilər İbrahim peyğəmbərin qəbrinin yanındakı zeytun bağını məhv ediblər (FOTO)

Dünən bir qrup fanatik israilli miqrant əl-Xəlil (Habrun) şəhərində yerləşən həzrət İbrahim peyğəmbərin qəbrinin kənarındakı bağa soxularaq buradakı zeytun ağaclarını kəsibər.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə əl-Xəlil Vəqf Departamentinin direktoru Camal Əbu Aram məlumat verib.
 
Bildirilib ki, ordu qüvvələrinin müşayiətilə İbrahimi məscidinə gələn fanatik yəhudilər məscidin bağına daxil olublar və əsgərlərin mühafizəsi altında buradakı ağacların bir çoxunu kəsərək məhv ediblər.
 
Departament rəhbəri bildirib ki, Vəqf təşkilatının mühafizə polisi yəhudi fanatiklərin bu əməli ilə bağlı əlaqədar qurumlara müraciət edib. Hücuma görə birbaşa İsrail hökuməti ittiham edilib.
 
Qeyd edək ki, son həftələr ərzində Fələstin ərazilərində qanunsuz məskunlaşmış fanatik yəhudi miqrantlar fələstinlilərə və onların əmlakına qarşı zorakı hücumları artırıblar. Həmçinin müsəlmanlara və xristianlara məxsus məbəd və abidələrə də vaxtaşırı irqçi hücumlar törədilir.
 
Bildirək ki, işğalçı İsrail rejiminin işğalı altında olan İordan çayının qərb sahili boyunca qanunsuz salınmış yəhudi qəsəbələrində 400 minədək yəhudi miqrant məskunlaşdırılıb. Bu səbəbdən sözügedən bölgələrdə yerli əhali tez-tez fanatik miqrantların hücumuna məruz qalır, əmlaklarına ziyan dəyir, özlərinə qarşı hücumlar törədilir və bu hücumlarda bəzən ölüm hadisələri də qeydə alınır.
 
 
 

Google+ WhatsApp ok.ru