Fələstinin işğal olunmuş ərazisində ikinci İntifadanın 18-ci ili münasibətilə mitinq keçirildi 02 Oktyabr 2018 01:00 Fələstin Fələstinin işğal olunmuş ərazilərində yüzlərlə fələstinli 2000-ci ildə baş verən İkinci İntifadanın (Əqsa İntifadası) 18-ci ili münasibətilə aksiya keçirib. Maide.Az "eastnews"a istinadla xəbər verir ki, Fələstinin işğal olunmuş ərazilərində Ərəb Vətəndaşları Monitorinq Ali Komitəsinin dəvəti ilə ölkənin şimalındakı Jatt bölgəsində keçirilən aksiyada işğalçı İsrail rejiminin parlamentindəki ərəb deputatlar, ərəb partiyalar və hərəkat liderləri, üzvləri, yerli hakimiyyət rəhbərləri və həlak olanların yaxınları iştirak edib. İşğalçı rejimin keçmiş Baş naziri Ariel Şaronun 2000-ci ilin sentyabrında yüzlərlə mühafizəçisiylə Əqsa məscidinə girməsi zamanı həlak olanların şəkillərinin yer aldığı plakatlar daşıyan nümayişçilər onların xatirəsinə şüarlar səsləndiriblər. İsrailin irqçi "Yəhudi millət dövləti qanunu"na qarşı başladılan ümumi tətil və nümayişlərlə paralel keçirilən aksiyada Fələstin bayrağıyla yanaşı, sözügedən qanun və əsrin müqaviləsi layihəsi əleyhinə plakatlar daşınaraq, Qüds və Əqsanın azadlığına dair şüarlar səsləndirilib. Teqlər : #Fələstinin işğal olunmuş ərazisində ikinci İntifadanın 18ci ili münasibətilə mitinq keçirildi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinə sükut çöküb, ümumxalq tətilinə start verilib (FOTO) Qəzza sahilində aksiya atəşə tutulub, 93 nəfər yaralanıb - FOTO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar