Fələstində jurnalist olmaq ölümü gözəl almaq deməkdir 11 Aprel 2018 01:00 Fələstin -- Son 18 ildə işğalçı rejim 21 fələstinli jurnalisti öldürüb Fələstinli jurnalist Yasir Mürtəcanın Qəzzada işğalçı sionist İsrail rejiminin əsgərləri tərəfindən qətlə yetirilməsi, bu ölkədə işləyən jurnalistlərin ölümlə üz-üzə olduqlarını bir da sübut etdi. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, jurnalistin aprelin 6-da “Böyük Qayıdı Yürüşü”nü işıqlandıran zaman iş başında, həm də üstündə “Press” yazılmış jilet və qoruyucu dəbilqəsi olmasına baxmayaraq öldürülməsi onun bilərəkdən hədəf alındığı deməyə əsas verib. Əlbəttə ki, bu ilk belə hal deyil. Beynəlxalq Jurnalistləri Müdafiə Təşkilatı (CPJ) son 18 ildə 24 jurnalistin sionist əsgərlər tərəfindən qətlə yetirildiyini açıqlayıb. Onlardan 21-i fələstinli, 3-ü isə əcnəbi olub. Qeyd edək ki, 2014-cü il fələstinli jurnalistlər üçün ən qanlı il olub. İşğalçı İsrail ordusunun Qəzzaya hücumu samanı 2100 fələstinli şəhid olub. Sərhədsiz Reportiyorların məlumatına görə, İsrail ordusunu Qəzzaya təcavüzü nəticsəində 12-i jurnalist həyatını itirib ki, onlardan 11-i fələstinlidir. BMT-nin məlumatına görə, işğalçı rejimin 2014-cu ildə Qəzzaya hücumları zamanı 16 fələstinli jurnalistin evi dağıdılıb, 8 media qurumuna aid bina yerlə yeksan edilib. 2017-ci ildə işğalçı rejim 740 dəfə jurnalistlərin hüquqlarını pozub. Bu rəqəm 2016-cı illə müqayisədə 33 faiz çoxdur. Hazırda işğalçı rejim həbsxanalarında 28 fələstinli jurnalist həbsdə saxlanılır. Teqlər : #Fələstində jurnalist olmaq ölümü gözəl almaq deməkdir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail əsgərlərindən növbəti vəhşilik İsrail rejiminin artilleriyası Qəzzanın şərqinə 15 dəfə atəş açdı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar