Şeyx şiə-sünni parçalanması yaradanlara xəbərdarlıq edib 25 İyun 2014 01:00 Xəbərlər Maide.az saytının Apa-ya istinadən verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Ramazan ayında dini ayinlərin icrasından istifadə edərək parçalanma yaratmaq istəyənlərə ciddi xəbərdarlıq edib. Allahşükür Paşazadə bu gün dindarlarla keçirilən görüşdə bildirib ki, Ramazan ayında sünni və şiələr eyni vaxtda iftar açacaq, sünni və şiə məscidlərində azanlar eyni vaxtda veriləcək, moizələr eyni qaydada oxunacaq. Şeyx bundan sui-istifadə edib qarışıqlıq yaratmaq istəyənlərə xəbərdarlıq edərək bildirib ki, hər şey QMİ-nin nəzarətindədir: “Biz bu məsələləri həm şiə, həm də sünni alimləri ilə məsləhətləşmişik. Ramazan ayının İslam dinində həssas aylardan olduğunu nəzərə alaraq, dini ayinlərdən istifadə edib parçalanma yaradanlara imkan verməməliyik. Hər şey İslamın buyurduğu qaydada olacaq”. Teqlər : #Şeyx şiəsünni parçalanması yaradanlara xəbərdarlıq edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda özəl qəbiristanlıqların yaradılması təklif edilir Əli Həsənov narkomanlığın ziyanı barədə təbliğat aparılmasına tapşırıq verib