Ermənilər Həsən Həsənovun cəsədini qaytardı

Ermənilər tərəfindən öldürülən Azərbaycan vətəndaşı Həsən Həsənovun meyiti Azərbaycana qaytarılır. “AzadXeber.-azın verdiyi məlumata görə, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımı ilə H.Həsənovun meyiti Ağdam rayonunun Başqərvənd kəndi yazınlığında təmas xəttində Azərbaycana təhvil verilir. 
 
Qeyd edək ki, iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülüb, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlı isə girov götürülüb. 

Google+ WhatsApp ok.ru