Dövlət büdcəsinin kəsiri 155 mln. manat azalıb

Dövlət büdcəsinin kəsiri 155 mln. manat azalıb

2016-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 12 mlrd. 103,9 mln. manat vəsait daxil olub, büdcədən 12 mlrd. 468,2 mln. manat vəsait xərclənib.
 
Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verilir ki, büdcənin icrasında yaranmış 364,3 mln. manatlıq kəsir ümumi daxili məhsulun 0,7%-i səviyyəsində olub.
 
Xatırladaq ki, cari ilin 9 ayında dövlət büdcəsinin icrasında 519,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Beləliklə, büdcə kəsiri 154,8 mln. manat azalıb. (apa) / 

Google+ WhatsApp ok.ru