Dünyada 2.1 milyard insan təmiz suya həsrətdir

Dünyada 2.1 milyard insan təmiz suya həsrətdir

BMT dünya miqyasında 2.1 milyard insanın evində təmiz suya, 4.5 milyard insanın isə sanitar təmizlik xidmətlərinə çıxış imkanının olmadığını açıqlayıb.
 
Maide.info xəbər verir ki, Ümumdünya Səhiyə Təşkilatı və BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) tərəfindən birgə hazırlanan "İçməli su, təmizləmə və gigiyena məsələsində irəliləyişlər: 2017" hesabatı açıqlanıb.
 
Hesabata əsasən, dünyadakı hər 10 adamdan 3-nü təşkil edən 2,1 milyard insanın evində istifadə ediləsi təmiz suyu olmur.
 
Hər 10 adamdan təxminən 6-na aid olan 4.5 milyard nəfər isə, sanitar təmizlik və gigiyena xidmətlərindən məhrumdur.
 
Hesabatda bir çox ev, məktəb və səhiyyə kompleksində hələ də su və əl yuyacaq sabunun belə olmadığı vurğulanıb. Bu vəziyyətin xüsusilə kiçik uşaqların sağlamlığını təhlükəyə atdığı qeyd olunub.
 
Təmiz su və gigiyena imkanı olmadığı üçün hər il 5 yaşından aşağı 361 min uşağın ishal (diareya) səbəbiylə öldüyü qeyd olunan hesabatda, qeyri-kafi gigiyenik təmizlik və çirkli suların vəba, dizenteriya, hepatit A və qarın yatalağı kimi, yoluxucu xəstəliklərin yayılmasına səbəb olduğu xatırladılıb.
 
ÜST direktoru Tedros Adhanom Qebreyesus təmiz su, təmizləmə və gigiyenayaya yiyələnmənin təkcə varlı və şəhərlərdə yaşayanlara xas imtiyaz olmamalı olduğunu bildirib: "Bunlar insan sağlamlığı üçün əsas tələblərdir. Bütün ölkələrin vətəndaşlarına bu xidmətləri təqdim etmək məsuliyyəti var".(deyerler.org)
 

Google+ WhatsApp ok.ru