Dünya Bankı büdcə pullarını özəl sektora qoymamağa çağırıb

«Azərbaycan sahibkarlığın inkişafı üçün yeni əlverişli varinatlar tapmalıdır», - deyə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko bildirib.
 
Onun sözlərinə görə, ekspertlər sahibkarlığın inkişafı üçün öz variantlarını təklif edirlər. Biznesə əngəl olan maneələri daha sürətlə aradan qaldırmaq lazımdır. Bu, gələcəkdə sektorun davamlı inkişafını təmin etməlidir».
 
Menecer hesab edir ki, son 4-5 ildə qeyri-neft sektoru əsasən dövlət investisiyalarının hesabına inkişaf edir. Bu işə özəl investorların mümkün qədər daha fəal cəlb edilməsi lazımdır.

Google+ WhatsApp ok.ru