Dünən ölkə ərazisində küləyin maksimal sürəti açıqlanıb 01 Aprel 2017 01:00 Ölkə Martın 31-i gün ərzində hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, şimal-qərb küləyinin maksimal sürəti bəzi rayonlarda 20-34 m/san təşkil edib. Bakı və Abşeron yarımadası, Abşeron dəniz rayonunda isə şimal-qərb küləyinin sürəti arabir 20-25, bəzi yerlərdə arabir 30-35 m/san kimi güclənib: “Bakıda və Abşeron yarımadasında əsən güclü külək ötən gün gecəyə doğru zəifləyib və bu gün mülayim cənub küləyi ilə əvəz olunub. Bakıda əvvəlki illərdə də belə güclü küləklər müşahidə olunub". / Teqlər : #Dünən ölkə ərazisində küləyin maksimal sürəti açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Güclü külək Goranboyun 15-dən çox kəndini işıqsız qoyub Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu keçirilib