Düşmənlər İslama qarşı açıq-aşkar mübarizəyə qalxıb

İslam təlimlərinə, Qurandakı məfhumlara düzgün yanaşılmaması, onların dərindən dərk olunmaması bu gün müəyyən qrupların İslam adı altında müsəlmanlara zülm edərək onları kütləvi şəkildə qətlə yetirmələrinə, hətta bu ad altında Afrika ölkələrində günahsız qızları oğurlamalarına səbəb olub .
 
Bu gün düşmənlər İslama qarşı açıq-aşkar mübarizəyə qalxıblar, istifadə etdikləri ən əsas vasitə isə ideoloji zəmində konfliktləri qızışdırmaq, sünni və şiələr arasına dava salmaqdır. Əgər müsəlmanlar təfəkkürlərinin gücünü işə salsalar, baş verənlərdə düşmənin əlini və stimulunu görə, onların pisliyini istəyənlərin məqsədlərinə xidmət etməkdən uzaq ola bilərlər. Vəhdət, vahid ümmətin təşkil olunması da İslam dünyasının zəruri ehtiyaclarından biridir. 
 
İmperializmin müsəlmanlar arasında konfliktləri qızışdırmaqda, iranafobiya və şiəfobiyanı yaymaqda əsas məqsədlərindən biri öz problemlərini ört-basdır etmək və qəsbkar sionist rejimini müdafiə etməkdir. Mənim müsəlman xalqlarından, özəlliklə də İslam ümmətinin ziyalılarından və görkəmli simalarından gözləntim budur ki, müdriklik və uzaqgörənlik nümayiş etdirərək bu ümmətin düşmənlərini özündə birləşdirən cəbhəni doğru-düzgün tanısınlar və bu açıq-aydın həqiqətlərə yaxşıca diqqət yetirsinlər. 
 
Qərb siyasi aparatları məhz İslam Peyğəmbərinin (s) aradan qaldırmaq üçün göndərilmiş olduğu cahil ənənələri yaymaqla məşğuldurlar. Ədalətsizlik, diskriminasiya, insanlıq şərəfinə əhəmiyyət verilməməsi, cinsi məsələlərə aparıcı rol ayrılması, qadınların bəzənib-düzənərək özlərini göstərməsinin geniş surətdə təbliği – bütün bunlar çürük və fəsadlı Qərb mədəniyyətinin təzahürləri, əslində isə modern üslub və metodlarla elə həmin cahiliyyətə qayıdış deməkdir. Quran ayələrinə əsasən, hörmət və məqama çatmaq üçün Allahın hidayət və rəhbərliyi əvəzinə, İslamın və bəşəriyyətin düşmənlərinə, şeytanların rəhbərliyinə sığınan insanlar sonda heç bir hörmət və nüfuz əldə edə bilməyəcək və o şeytanlar heç onlara sağ ol belə deməyəcəklər. Quranın bizə verdiyi bu formuldan dərs götürmək, xoşbəxtliyə aparan doğru və həqiqi yolu – yəni Quranın bələdçilik etdiyi yolu tanımaq lazımdır.
 
 
Ali Lider, Ayətullah Xamenei 
 

Google+ WhatsApp ok.ru