Deputat Bakı Metropoliteninin rəsinin işindən narazıdır 04 İyul 2014 01:00 Xəbərlər Etibar Hüseynov: `Yeni sədr Tağı Əhmədovun atasına rəhmət oxutdurur` Milli Məclisin deputatı Etibar Hüseynov “Bakı Metropoliteni” QSC-nin rəhbəri Zaur Hüseynovun işindən narazı qaldığını açıqlayıb. Maide.az-ın məlumatına görə, Etibar Hüseynov bu barədə Facebook səhifəsində yazıb. “Dünən sosial mediadan oxudum ki, "Azərbaycan" qezətində Metropolitenin rəisi Zaur Hüseynov haqda tənqidi məqalə dərc olunub. Mən həmin yazıyla tanış deyiləm. Amma bəri başdan deyirəm ki, nə yazılıbsa, az yazılıb və haqq yazılıb. Zaur Hüseynovdan gözləntilər özünü dogrultmadı. Adam gələndən Metropolitəndə "budka reforması"ndan o yana bir iş görə bilmədi. Həç o işi də əməlli-başlı sona çatdırmadı. Nail ola bildiyi isə Tagı Əhmədovun atasına rəhmət oxutdurmağıdı, vəssəlam...”, deyə Etibar Hüseynov qeyd edib. Teqlər : #Deputat Bakı Metropoliteninin rəsinin işindən narazıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Evə kupça almaq `ASAN`laşır? `Avtoşların` `qara günləri` başladı