Demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım var - Nazir 15 İyul 2019 08:50 Ölkə Son illərdə ölkəmizdə formalaşmış müsbət demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım dinamikası müşahidə edilir. Maide.Az Trend-ə istinadla xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, 2013-cü ildə birinci siniflərə 138 min qəbul olmuşdusa, bu il göstəricinin 165 mindən çox olması gözlənilir. Nazir əlavə edib ki, ümumilikdə şagird sayında da müsbət dinamika müşahidə edilməkdədir: "2013-cü illə müqayisədə şagirdlərin sayı 240 mindən çox artaraq 1 milyon 600 mini ötüb. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 5 ildə müəllim-şagird nisbəti əhəmiyyətli şəkildə yaxşılaşıb, 8.5-dən 10.6-ya yüksəlib". Teqlər : #Demoqrafik,#şəraitə,#görə,#birinci,#siniflərə,#qəbulda,#artım,#var,#Nazir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Maide.az-ın kitabxanasına 3 yeni kitab yüklənib Səhiyyə Nazirliyi: ‘4 nəfərin vəziyyəti ağırdır’