Dağlıq Qarabağda erməni öldürülüb (FOTO)

Cəbhə xəttində Ermənistan Ordusunun öldürülən əsgərləri ilə yanaşı daha bir hərbçisi yaralanıb. 

Maide.az-ın Armenia Today –a istinadən məlumatına görə, Qarabağ cəbhəsində atəşkəsin pozulması nəticəsində Ermənistan Ordusunun əsgəri Viktor Şubertoviç Abramov güllə yarası alıb. 1995-ci il təvəllüdlü V. Abramovun vəziyyətinin ağır olduğu bildirilir.

Digər bir məlumata görə, Ermənistanın "Erkramas" qəzetinin müxbiri olan Ovanes öldürülən erməni əsgərlərin şəkillərini şəxsi "facebook" səhifəsində paylaşıb.

Ovanes öldürülən əsgərlərin sayını dəqiq yazmasada göstərilən şəkillərdən onların sayının çox olduğu görünür.  

Məlumata əsasən, Ovanes bu şəkilləri paylaşdığı üçün döyülüb.

Qeyd edək ki, son günlər ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərir. Ermənistan dövləti isə bu günə qədər cəbhədə itkiləri haqda cəmiyyətə məlumat verməyib.

 

 

Google+ WhatsApp ok.ru