Dəfnlərin vahid dövlət reyestri aparılacaq 02 May 2019 17:17 Ölkə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Dəyişikliyə əsasən Ailə Məcəlləsinə 196-cı maddə (Dəfnlərin reyestri) əlavə edilib. Həmin maddədə dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılması nəzərdə tutulur. Bundan başqa qanuna edilən dəyişikliyə görə, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə “445-1,” rəqəmlərindən sonra “516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə),” sözləri əlavə edilir. /trend / Teqlər : #Dəfnlərin,#vahid,#dövlət,#reyestri,#aparılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN Sabaha olan hava proqnozu açıqlanıb